Siyasət 25 Aprel 2023, 15:07 | Baxış sayı: 188
“Taleyüklü problemlərin həll olunduğu bir dövrdə erməni zehniyyətli fikirlər ancaq “5-ci kolon” düşərgəsindən səslənə bilər...”

“Bu məsələləri müxalifət təmsilçilərinin qaldırmasına qətiyyən inanmıram. Bunu ancaq milli satqınlar, “5-ci kolon”a xidmət edənlər qaldıra bilər. Çünki bu gün Azərbaycan dünyanın ən çətin geosiyasi coğrafiyasında yerləşən ölkədir. Azərbaycan xalqının gələcəyi üçün taleyüklü problemlərin həll olunduğu bir dövrdə belə təxribatçı, şantajçı, öz erməni zehniyyəti ilə fikirlər ancaq “5-ci kolon” düşərgəsindən səslənə bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ermənilərə Ermənistanda “uşaqpulu” verildiyini, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə bu vəsaitin veriləcəyi ilə bağlı sual ünvanlayanlara cavab olaraq deyib.

 

“Damarlarında Azərbaycan qanı axan, dövlətini, dövlətçiliyini, milli təəssübkeşliyini, xalqının milli maraqlarını güdən şəxs bu gün tariximizin şərəf səhifələrinin yazıldığı bir zamanda belə təxribat xarakterli, erməni zehniyyətli suallar verməz, nə də məsələ qaldırmaz. Yalnız bunu deyə bilərəm...”, - deputat bildirib.

Xəbərlər