"Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır"
KOMİTƏ İCLASLARI
25 Yanvar 2023, 16:45 | Baxış sayı:
189
"Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır".
"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşir deyib.
O bildirib ki, sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır:
"Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda təndiqdlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən layihə hazırlanmalıdır. Çünki sosial şəbəkələr cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Sosial şəbəkələrdə azyaşlı uşaqlarla bağlı videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik".