“Sosial şəbəkələrdə İranla bağlı öyrədilmiş qruplar var, dərhal hücuma keçirlər”
KOMİTƏ İCLASLARI
23 Yanvar 2023, 16:30 | Baxış sayı:
160
Son vaxtlar sosial şəbəkələrdə xüsusi öyrədilmiş qruplar məqsədli şəkildə İranın dini siyasəti ilə bağlı fikir söyləyəndə dərhal hücuma keçirlər.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu sahədə dövlət qurumları müəyyən addımlar atır:
“Yenə də bu prosesdə islahatların sürətlə həyata keçirilməsinə ehtiyac var”.
Deputat ölkədəki QHT-lərin fəaliyyətindən də narazılıq edib. O bildirib ki, ölkədəki 4 000-ə yaxın QHT-nin təxminən 1 000-ə yaxını fəaldır:
“Reallıq odur ki, bütün yükü dövlət üzərinə götürür. Hesab edirəm ki, bütün QHT, eləcə də siyasi partiyalar, dini fəaliyyət sahəsində çalışan təşkilatlar prosesə daha çox töhfə verməyə çalışmalıdır”.