Cəmiyyət 14 Dekabr 2022, 14:59 | Baxış sayı: 183
"Sosial şəbəkələr çıxandan insanlar bir-birinə qarşı aqressiv davranış sərgiləyir"

“Sosial şəbəkələr çıxandan insanlar bir-birinə qarşı aqressiv davranış sərgiləyir. Ümumiyyətlə, bu problem tək bizim problem deyil. Bütün dünya ölkələrində bu problem mövcuddur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, hazırda internet şəbəkələrində müəyyən qadağalar var:

“Təbii ki, nalayiq sözlər, təhqiredici ifadələr işlənən kimi silinir, yəni bunlar ümum internet qaydalarında var. Düzdür, hamısında olmasa da, bir çoxunda buna rast gəlmək mümkündür. Qeyd edim ki, son illər cəmiyyətdə insanlar arasında aqressiya artıb. İnsanlarda aqressiya baxmır ki, bu inkişaf etmiş ölkədir, ya etməmiş ölkədir. Yəni, bu problemlər hər yerdə var. Bunun da kökü sosial rifahdan asılıdır. 

Ələlxüsus, qeyd etmək istəyirəm ki, 2008-ci ildən ABŞ-da maliyyə böhranı başlayan gündən üzü indiyədək bunlar hamısı arta-arta gəlir. Pandemiyanın olması da insanların psixikasına çox təsir etdi. Ondan sonra postpandemiya və müharibə problemləri başladı. Bütün bunlar da çox neqativ formada insanların psixoloji durumuna təsir etdi. Düşünürəm ki, artıq bu qanuna tərəf addımlar atmağa başlayırıq. Hesab edirəm ki, bu və ya digər formada bunlara məhdudiyyətlər qoyulmalıdır. Ona görə ki, internet şəbəkələrdə belə təhqiredici, insan nüfuzunu alçaldan, insan nüfuzuna təsir edən, yaxud hansısa bir xələl gətirən materiallar, məlumatlar, şəkillərin hamısının qabağı tədricən alınmalıdır. Artıq Azərbaycanda bununla bağlı müəyyən qanunlar var və bunların qarşısının alınması Cinayət Məcəlləsində də öz əksini tapıb. İstər-istəməz insanlar o biriləri barəsində nəsə yazanda adekvat yazmalıdırlar. Yəni, söyüş, artıq əskik sözlər istifadə olunmamalıdır”. 

Xəbərlər