KOMİTƏ İCLASLARI 25 Yanvar 2023, 12:38 | Baxış sayı: 183
“Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür”

“Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

“Yeniyetmələr və gənclər əsasən vətənpərvərlik ruhunda inkişaf edirlər. Lakin təəssüf ki, idmançıların həbsi ilə bağlı faktlar var. İdmançılarımızı torpaqlarımızın və zəif şəxslərin müdafiəsi sahəsində görmək istəyirik və görürük. Neqativ halları biz də pisləyirik. Hesab edirəm ki, idman insanları sağlamlaşdırır, tərəqqini təbliğ edir. Xırda neqativ hallar isə hər zaman pislənilir” – deputat əlavə edib.

Xəbərlər