İnfoqrafika 24 Fevral 2023, 14:36 | Baxış sayı: 177
Son 3 ildə plenar iclaslarda çıxış etməyən deputatlar

Meclis.info 2020-2022-ci illərdə keçirilən 118 plenar iclas boyunca parlamentdə çıxış etməyən deputatların siyahısını təqdim edir.

 

  1. Vasif Talıbov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olan Vasif Talıbov, 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir.

“Meclis.info” nun apardığı statistik araşdırmalar zamanı belə məlum olub ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatı Vasif Talıbov 2005-ci ildən bəri Parlamentdə heç bir çıxış etməyib.   

Araşdırmaya görə, 63 yaşlı deputat 1995-ci ildən bəri Milli Məclisin hər çağırışında seçicilərin səsini toplaya bilib. Öz dairəsində 38 093 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahib olan deputat son seçkidə 94,6% səs toplayıb.

Vasif Talıbov “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

  1. Madər Musayev

10 saylı Binəqədi üçüncü seçki dairəsindən 6 dəfə ardıcıl, ümumilikdə 7 dəfə deputat seçilən Madər Musayev Milli Məclisin 2005-ci ildən təqdim etdiyi stenoqramlara əsasən Parlamentdə heç vaxt  çıxış etməyib, daha əvvəl çıxış etməsi barədə isə heç bir informasiya yoxdur.1990-cı ildən Milli Məclisdə oturan 75 yaşlı deputatın seçicilərindən topladığı səs 63,9% olub.

  1. Ülvi Quliyev

15 saylı Yasamal birinci seçki dairəsinin deputatı Ülvi Quliyevin isə 56 yaşı var. O, 2020-2022-ci illərdə Parlamentdə keçirilən 118 iclasın heç birində iştirak etməyib. 61646 seçicinin 40,6 %-nin səsini toplayan deputat 2005-ci ildən bu vəzifədədir.

  1. Mixail Zabelin

34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Mixail Zabelin isə 1990-cı ildən bu vəzifədədir. Parlamentdə sonuncu dəfə 2017-ci ildə çıxış edən 76 yaşlı deputat 46380 seçici arasından 35,2% səs toplayıb.

  1. Oqtay Əsədov

45 saylı Abşeron seçki dairəsinin 68 yaşlı deputatı Oqtay Əsədov isə 2000-ci ildən deputatdır. O, ötən iki ilin 118 plenar iclasında heç bir çıxış etməyib. Deputat 117098 seçici arasından 67,7% səs toplayıb.

  1. Anatoliy Rafailov

2020-ci ildən 53 saylı Quba-Qusar seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Anatoliy Rafailovun isə 70 yaşı var. 59673 seçicidən 44,1 % səs toplayan millət vəkili deputat seçiləndən hələ də Parlamentdə çıxış etməyib. 

  1. Ağalar Vəliyev

65 yaşlı Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən 68,1% səslə 2010-cu ildə deputat seçilib. O, sonuncu dəfə Milli Məclisdə 2019-cu ildə çıxış edib.

  1.  Ülviyyə Ağayeva

2015-ci ildə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilən Ülviyyə Ağayevanın isə 44 yaşı var. 57343 seçicidən 54,2% səs  toplayan depuutat son dəfə Milli Məclsidə 2016-cı ildə çıxış edib.

  1.  İmamverdi İsmayılov

1995-ci ildən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən İmamverdi İsmayılovun isə 64 yaşı var. 54749 seçici arasından 40 % səs toplayan deputat ötən 3 ildə keçirilən 118 plenar iclasda çıxış etməyib.

 

Xəbərlər