İctimai Dinləmə 31 Oktyabr 2023, 14:07 | Baxış sayı: 106
"Son 200 ildə ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar"

"Son 200 ildə ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar".

Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, bu etnik təmizləmə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların adını tarixdən silməklə müşahidə olunub:

"İrəvan qalası işğal altında düşəndən dərhal sonra ermənilər oradakı Rəcəb Paşa məscidini Fransızlar kilsəsinə çevirdilər. Həmçinin digər məscidlərimiz də dağıdılıb, Göy məsciddən başqa heç birinin izi-tozu yoxdur. Ötən əsrin əvvəllərindən ermənilər rəsmi şəkildə toponimlərimizin dəyişdirilməsinə başlayıblar və bu proses bu gün də davam edir. Ermənilər bir-iki dəfə dəyişdirdikləri adları bir də dəyişdirərək tarixi izləri itirməyə çalışırlar. Hər dəfə araşdırdıqda yeni adlar üzə çıxır". APA

Xəbərlər