Siyasət 5 Dekabr 2023, 15:30 | Baxış sayı: 218
"Bəzi dairələrin ikiüzlülüyü qaçqın və məcburi köçkünlərdən yan keçmir"

Özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələr Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə tanınan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydurublar".

Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisinin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

O qeyd edib ki, bəzi dairələrin ikiüzlülüyü və ikili standartları qaçqın və məcburi köçkünlər kimi sırf humanitar mövzudan yan keçmir.

"Biz belə ayrı-seçkilik cəhdlərini qətiyyətlə rədd edirik və dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, insanların bütün hüquqlarının bərabərliyi prinsipinin aliliyini vurğulayırıq. Bu mənada, Qərbi Azərbaycan İcması öz səyləri ilə, o cümlədən, bu beynəlxalq konfransı təşkil etməklə, təkcə öz məsələsini gündəmə gətirmək istəmir. Beynəlxalq aləmdə qaçqınların və məcburi köçkünlərin qayıdış hüququ məsələsinə ikili standartlar olmadan, etnik və dini ayrı-seçkilik etmədən və xəbis siyasi mülahizələrdən kənar şəkildə baxılmasına töhfə vermək istəyir. Ümid edirik ki, hər il keçirməyi nəzərdə tutduğumuz bu beynəlxalq konfransla biz sizlərin qiymətli töhfələriniz ilə qayıdış hüququ mövzusunda mühüm beynəlxalq dialoq formatı ərsəyə gətirə biləcəyik. Bu yolda hamımıza uğurlar arzulayıram", - Ə.Ələkbərli vurğulayıb.

demokrat.az

Xəbərlər