Plenar iclaslar 4 Aprel 2023, 14:31 | Baxış sayı: 233
“Son 100 ildə ilk dəfə Ermənistana dedilər ki, sən haqlı deyilsən!”

Həmkarımız Fazil Mustafaya qarşı olan sui-qəsdi qətiyyətlə pisləyirəm. Fazil bəyə qarşı olan bu silahlı hücum-çox iyrənc bir terror aktıdır”.
Deputat Əli Məsimli bu fikirləri Milli Məclisin iclasında söyləyib.

Qeyd edib ki, bu terror aktının əsas məqsədi cəmiyyətdə qorxu, xof yaratmaq, nəticə etibarilə vətəndaşların dövlətə qarşı inamını sarsıtmaq, hər kəsin həyatının təhlükə altında olduğu kütləyə aşılamaqdır: “Faktiki olaraq bu hadisə Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı törədilib. Lakin terrorçuların bu cəhdi əks effekt verdi – cəmmiyət toparlandı və qətiyətlə bildirdi ki, bələ terror aktları ilə Azərbaycan cəmiyyətini qorxutmag olmaz. Müvafiq qurumlarmız bu ağır cinayət hadisəsinin icraçılarının kimliyini aşkarladı, təbii ki Fazil bəyə qarşı sui-qəsddə əli olanlar layiqli cəzalarını alacaqlar! Bununla yanaşı bələ terror aktları törədən şəbəkənin axırına cıxmaq ücün işləri davam etdirmək lazımdır.

Fazil Mustafaya Tanrıdan şəfa diləyir, tezliklə sağalıb fəaliyyətini davam etdirməsini arzulayıram!”

Ə.Məsimli ardınca dedi ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən sayılan 2016-cı il Aprel döyüşlərindən 7 il keçir: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə şəfa və can sağlığı diləyirəm! Dörd günlük müharibə-2016-cı ilin 2 aprelindən 2020-ci ilin 8 noyabrına-Qarabağın azadlığına gedən yolda 44 günlük Vətən müharibəsindəki zəfərimizin başlanğıcı, təməl daşı oldu. Dörd günlük müharibənin Azərbaycan üçün tarixi əhəmiyyəti ilə yanaşı, həm Ermənistanın, həm onun havadarlarının, həm də beynəlxalq təşkilatların nəticə çıxarması üçün vacib olan bir sıra dərsləri də oldu. 4 günlük müharibənin əsas əhəmiyyəti torpaqlarımızın bir qisminin azad edilməsi kontekstində xalqımıızın qələbə əzminin daha da güclənməsi, daha böyük qələbəyə inamının artması istiqamətində çox ciddi və tarixi bir dönüş məqamı olmasındadır. Aprel döyüşləri Azərbaycan xalqı yüksək vətənpərvərlik və həmrəylik nümunəsi göstərərək dövlətin yanında olduğunu, qəhrəman Azərbaycan əsgərinin öz torpaqlarını işğaldan azad etmək üçün hər zaman döyüşə hazır olduğunu və istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərdi. 4 günlük müharibə çox vacib bir faktı da ortaya qoydu ki, həm regional güc balansı, həm də dünyada vəziyyət dəyişib. Azərbaycan təkcə iqtisadi və demoqrafik deyil, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür”

Deputat dedi ki, 4 günlük müharibə həm də bir növ çox mühüm sınaq,test idi: “Azərbaycan beynəlxalq ictimaiyyətin reaksiyasını sınaqdan keçirdi, bu da özünü çox gözlətmədi. Son 100 ildə ilk dəfə Ermənistana dedilər ki, sən haqlı deyilsən!” 4 günlük müharibə Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsi olaraq tamamilə yeni situasiya yaratdı. Həmin hərbi əməliyyatlar həm də Ermənistanın gələcəkdə Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi illüziyasının üstündən xətt çəkdi. Uzun illər Qarabağ probleminin ədalətli həllini gözləyib, bu yöndə heç bir nəticə hasil olmadığını görən Azərbaycan beynəlxalq hüquqa arxalanaraq “güclü iqtisadiyyat-güclü ordu” tandemindən səmərəli istifadə etməklə Ermənistanı işğal etdiyi əraziləri tərk etməli olacağı faktı ilə üz-üzə qoydu. 4 günlük müharibə Ermənistana çox ciddi siqnal və mesaj oldu ki, havadarlarının güc və dəstyinə arxalanaraq işğalçılıq yolunu davam etdirsə, aprel döyüşlərindən sonra daha böyük məğlubiyyətlərə düçar olacaq və bu kontekstdə aprel döyüşləri Ermənistanın başına gələ biləcək ən pis ssenariləri də ortaya qoydu.

4 günlük müharibə bu qanlı oyunu başladan bütün iştirakçılara atdıqları daşları yığmağın vaxtının yetişdiyini ortaya qoydu. 4 günlük müharibə böyük dövlətlərə də də mesaj idi ki, rəqabət aparan dünya gücləri Qarabağ münaqişəsi ilə bağlı siyasətlərinə yenidən baxsın, beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində Ermənistanı sülhə məcbur etməklə Qarabağ münaqişəsinin ədalətli həlinə dəstək olsunlar. Əfsuslar olsun ki, 28 il ərzində ATƏT-in Minsk qrupu hər hansı nəticəyə nail olmadı.Görünən bu oldu ki, danışıqlar prosesini sonsuzluğa qədər davam etdirib sadəcə, vəziyyəti dondurmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etmək istəyirlər.Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərimizi işğaldan azad etdi. Azərbaycan 30 ilə yaxın işğal altlnda olan torpaqları azad etməklə və işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa-qurculuq işləri həyata keçirməklə, Qarabağı yeni həyata qaytarmaqla yanaşı,həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi,yeni həyat təklif etməklə dünyaya nümayiş etdirir ki, milli həmrəylik şəraitndə, xalq-dövlət-ordu bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur”. Ə.Məsimli bildirdi ki, zaman keçdikcə ölkəmizin 4 günlük müharibədəki zəfərinin əhəmiyyəti daha dərindən anlaşıldığı kimi, Azərbaycanın 44 günlük müharibədəki Qarabağ zəfərinin də Cənubi Qafqaza və dünyaya gətirəcəyi faydalar daha yaxşı anlaşılacaq: “Ona görə də Azərbaycan Qarabağ ətrafındakı qanlı oyunu başladan bütün iştirakçılara 7 il əvvəl anlatdığını bir daha anladır ki, atdıqları daşları yığmağın vaxtı çoxdan yetişib... Regionumuzda rəqabət aparan dünya gücləri Qarabağ məsələsi ilə bağlı siyasətlərinə yenidən baxsın, manipulyasiya təxribatlarına,riyakar fəaliyyətlərinə son qoysunlar, Azərbaycanın Zəfər günüdən sonra başladığı regionda sülhə,əmin-amanlığa və tərəqqiyə xidmət edən missiyasına və quruculuq işlərinə mane olmasınlar”.
 

Xəbərlər