Plenar iclaslar 24 Dekabr 2021, 14:45 | Baxış sayı: 240
“Sınaq müddətinə təyin edilmiş hakimlərin birdən-birə apelyasiya məhkəməsinə hakim təyin edilməsi məsələsinə təəccüb edirəm”.

“Sınaq müddətinə təyin edilmiş hakimlərin birdən-birə apelyasiya məhkəməsinə hakim təyin edilməsi məsələsinə təəccüb edirəm”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu ədalətsiz təyinatdır: “Bu səkkiz nəfərin heç birini tanımıram. Onlar haqqı çatan həmkarlarının haqqına girirlər. Onların qanunda göstərilən 5 il təcrübə tələbinə sahib deyillər. Onların cəmi 3 il təcrübəsi var. İnsanda yeganə keyfiyyət müdriklikdir ki, yaşla əlaqəlidir. İndiyə qədər 3 nəfərə qanunda olan 5 il təcrübə ilə bağlı tələbə istisna tətbiq edilib. Təcrübəsi 5 ildən artıq olan hakimlərin təyinatı daha düzgün olardı. Birdən-birə 8 nəfərə istisnanın tətbiq edilməsi anlaşılmazdır. Hər kəs vəzifəsinin artmasını istəyir. Amma bunun birdən-birə olması anlaşılmazdır”.

Deputat Tahir Kərimli də Qüdrət Həsənquliyevin fikirlərini dəstəkləyib: “Mən Ali Məhkəmənin sədri olduğum müddətdə məndən qocaman hakimləri işdən çıxarmağımızı istədilər, etmədim. Hakimlik üçün təcrübə lazımdır. Məhkəmə Hüquq Şurası iclasda bizə bunu fərqli çatdırmışdı. 3 il təcrübəsi olan insanların apelyasiya məhkəmələrinə hakim təyinatı anlaşılmazdır”.

Parlamentin komitə sədri Əli Hüseynli isə qeyd edib ki, gələcəkdə daha çox gənc hakim görəcəyik: “Biz ona sınaq müddəti desək də, hakim hakimdir. Təyin olunandan sonra işinə başlayır. Əslində, biz bir müddət əvvəl ümum olaraq qənaətə gəlmişik ki, həmin şəxslər fəaliyyəti 3 ildən sonra qiymətləndirilə bilər. Artıq mən də hakim təyinatı üçün 5 il tələbini 3 illə əvəz etməyi təklif etmişəm”.

Xəbərlər