Plenar iclaslar 20 Dekabr 2022, 11:06 | Baxış sayı: 153
“Skuter, moped, motoskilet sürənlər yollarda xaos yaradırlar”

“İki il bundan öncə mopedlər, motosikletlər və skuterlərin nizam-intizamı, onların yaratdıqları problemlərlə bağlı kifayət qədər aktiv çıxışlar edirdim. Şad xəbəri vermək istəyirəm ki, artıq bununla bağlı qanun layihəsi praktiki hazırdır. Skuterlər, mopedlər, motoskiletlərə xüsusi dövlət nişanı veriləcək. Həmin sürücülər xaos yaradır, qanun pozuntuları edirdilər, bunun qarşısı Dövlət Yol Polisi tərəfindən ciddi şəkildə alınacaq. Gördüyünüz kimi, hörmətli deputatlarımızın nəzərindən heç nə yayınmır, bir çox şeyə fikir veririk. Sadəcə, bizi izləyən seçicilərimizdən, vətəndaşlarımızdan açıqlamalarımızı, şərhlərimizi daha diqqətlə oxumalarını xahiş edirik…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, son vaxtlar insanları daha çox narahat edən, müzakirələrə səbəb olan məsələ parlament korpusunun ictimai nəzarətidir: “Çünki bütün taleyüklü məsələlər müzakirə olunanda təkliflər veririk, hökumət qurumlarına müraciət edirik, tənqid hissəsi də kifayət qədərdir. Bir çox məsələlərdə böyük dəyişikliklər olunur. Ən böyük dəyişikliklərdən biri möhtərəm cənab Prezidentin tapşırığı və Milli Məclisin sədri Sahibə Qafarovanın göstərişi ilə komitə iclaslarımıza, müzakirələrimizə iki il öncə nazirliklərin şöbə müdirləri, maksimum statuslu nazir müavinləri gəlirdisə, bu gün artıq ən yüksək statusda nazirlər özləri gəlib iştirak edirlər. Suallarımıza cavab verir, məsələləri izah edirlər. Biz də müraciətlərimizi şəffaf formada izah edirik. Bu, onu göstərir ki, Azərbaycanda deputat korpusunun gücü, təsiri kifayət qədər artıb. Məsələn, dövlət qurumları tərəfindən verilən qərarlar bizim müzakirələrimizdən sonra korrektə olunur. Bunun böyük faydası var. İctimaiyyət bunu bilməlidir…”

Xəbərlər