Qanun Layihələri 20 Oktyabr 2022, 13:24 | Baxış sayı: 161
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin vaxtı açıqlanıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.

Sənədin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin oktyabrın 24-də keçirilməsi nəzərdə tutulur.

Mənbə: apa.az

Xəbərlər