Qanun Layihələri 5 Oktyabr 2023, 17:06 | Baxış sayı: 121
"Rəqabət Məcəlləsinə rəqabət reyestrinin yaradılması əlavə edilsin"

Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinə rəqabət reyestrinin yaradılmasının əlavə edilməsi təklif edilir.

Belə bir təkliflə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

"Bu, bir çox ölkələrdə tətbiq edilir. Burda məqsəd rəqabəti pozan şirkət və sahibkarlarla bağlı məlumatı digər sahibkarlarla bölüşməkdən ibarətdir. Bu, həmin şirkətlərin rəqabəti pozan şirkətlərlə davranış və qərarlarına təsir edəcək", – deyə deputat əlavə edib.

 

report.az

Xəbərlər