Cəmiyyət, Qanun Layihələri 18 Yanvar 2023, 11:56 | Baxış sayı: 202
"Nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi parlamentə vermişik"

“Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var”.

APA xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, bu, xüsusilə uşaqlara qarşı cinsi zorakılıqla bağlı qəbul edilməlidir: “Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir. Eyni zamanda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”.

Xəbərlər