KOMİTƏ İCLASLARI 3 Noyabr 2023, 15:59 | Baxış sayı: 110
“Uşaq və ailələrə dəstək mərkəzlərinin, sığınacaqların sayı artırılmalıdır”

“Uşaq və ailələrə dəstək mərkəzlərinin, sığınacaqların sayı artırılmalıdır”.

Bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarının tabeliyində sosial xidmət müəssisələri, Bakı şəhəri və 12 rayon üzrə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzləri, 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eyni zamanda, zorakılığına məruz qalan şəxslər üçün dövlət sığınacağı və akkreditasiya edilmiş qeyri-dövlət yardım mərkəzi var.

H.Hüseynova bildirib ki, onların sayı ildən-ilə artır: “Lakin hər bir rayonda bu mərkəzlərə ehtiyac var. Bu həm qadınlar, həm uşaqlar, həm də kişilər üçün həmin xidmətlərin daha əlçatan olması, xidmətlərin daha tez və vaxtında göstərilməsi üçün vacibdir”.

report.az

Xəbərlər