Cəmiyyət 6 Sentyabr 2022, 17:22 | Baxış sayı: 303
“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı hansı təkliflər irəli sürülür?

Milli Məclisə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı daha 10 partiyanın təklifi təqdim edilib.

Bu barədə Parlamentin rəsmi saytında məlumat verilib. Bəs görəsən partiyalar sözügedən layihə ilə bağlı hansı təkliflərlə çıxış edirlər?

 Böyük Qurtuluş partiyasının sədri, deputat Fazil MustafaMeclis.info” nun sualına cavab olaraq söyləyib ki, BQP yeni qanunda müəyyən müddəaların dəyişdirilməsi məsələsinə toxunub: “Bunu da müzakirələr zamanı bildirəcəyik. Hələ ki konkret nəsə demək mümkün deyil”.

Partiyaların bir neçə dəfə seçkidə iştirak etməməsi mövzusuna da diqqət çəkən deputat bu məsələyə məhkəmə qaydasında baxılmalı olduğunu bildirib: “Təbii ki, partiyaların boykot hüququ var. Amma həmişə boykot qəbulolunmazdır”.

Layihəylə bağlı təklif irəli sürənlər arasında Vətəndaş Həmrəyliyi Partiyası da yer alır. Partiya sədri, deputat Sabir Rüstəmxanlı bildirir ki, onlar daha çox partiyaların qeydiyyatı məsələsinə toxunublar.Partiyaların seçkidə dəfələrlə iştirak etməməsi məsələsindən o qədər də məlumatlı olmadığını bildirən deputata “bu məsələ Parlamentdə müzakirə olunan zaman əleyhinəmi səs verəcəksiz?” sualına Sabir Rüstəmxanlı konkret cavab verməyib:
“Mən hələ həmkarlarımın arqumentlərini dinləməli, nəyə əsasən belə təkliflə çıxış etdiklərini bilməliyəm. İndidən hər hansı bir fikirlə özümü məhdudlaşdıra bilmərəm, müzakirə zamanı baxacam”.

Ağ Partiya sədri Tural Abbaslının fikrincə isə  bu layihə sözün həqiqi mənasında çoxpartiyalı sistemə xidmət edəcək bir qanun olmalıdır:
“ Yoxsa Venesiya komissiyasının xoşuna gəlmək, bəzi partiyaları nəzarətə almaq, yaxud iqtidarın mövqeyini partiyaLar qarşında möhkəmləndirmək üçün nəzərədə tutulacaqsa, mənasızdır”.AĞ partiyanın irəli sürdüyü əsas təkliflərdən biri isə partiya xətti ilə seçkilərə namizəd irəli sürüldükdə əlavə imza toplamağa ehtiyac qalmamasına dairdir.“Mən, ümumiyyətlə, boykotun əleyhinə olmuşam, bu, prosesləri passivləşdirir. Amma biz bu məsələylə bağlı hər hansı təklif verməmişik” – Tural Abbaslı sonda bildirib.

 

Meclis.info

Xəbərlər