Siyasət 24 İyun 2023, 15:52 | Baxış sayı: 190
“Sivil şəkildə fikirlərini ifadə etmələrinin qarşılığı belə rəftar olmamlı idi, ABŞ səfirliyinin hərəkəti məqsədəuyğun deyildi...”

“İyunun 23-də ABŞ-nin Azərbaycandakı səfirliyində Amerikanın Müstəqillik Günü ilə bağlı yığıncaqda azərbaycanlı fəalların polisə təhvil verilməsi, məncə, məqsədəuyğun deyildi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov deyib.

 

“Doğrudur, dinc aksiyanın yeri də məhz başqa bir ölkənin müstəqillik günü tədbiri deyildi. Lakin bütün hallarda aksiyaçıların sakit, sivil şəkildə öz fikirlərini ifadə etmələrinin qarşılığı belə rəftar deyildi. Baxdığım videolarda gördüyüm qədəri ilə, orada şüar səslənib, plakat açılmayıb. Düşünürəm ki, səfirliyin bu münasibətinin əsas səbəbi aksiyada çəkilişin olması idi. Çünki məlumdur ki, bu tip yığıncaqlarda çəkilişə icazə verilmir. Yəni jurnalistlərin içəri daxil olması qadağandır. Hər halda, səfirlik bu barədə açıqlama verəcək”, - M.Cəfərov bildirib.

Xəbərlər