Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 19:06 | Baxış sayı: 230
Əsir və girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə pul və təminatların ödənilməsi qaydası müəyyənləşir.

Xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara və onların ailə üzvlərinə birdəfəlik kompensasiya, nəqliyyat xərci, ev əşyalarının daşınması ilə bağlı xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş norma və qaydada ödəniləcək.
APA-nın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanunda bu xərclər nəzərdə tutulmayıb.

Əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə də pul və ya digər təminatların ödənilməsi qaydası müəyyənləşir.
Layihəyə əsasən, əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş pul və ya digər təminatlar onlar azad (aşkar) edilənədək və ya onların hərbi Andı pozaraq Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək ödəniləcək.

Xəbərlər