Cəmiyyət 31 Avqust 2022, 12:22 | Baxış sayı: 259
"Şəhid ailələri və qazilər üçün kommunal ödənişləri tam şəkildə ləğv etmək məqsədəuyğun deyil".

Son günlər şəhid ailələri və qazilərin kommunal ödənişlərdən azad olunması məsələsi gündəmə gəlib. Bununla bağlı açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, müəyyən qədər güzəştə getmək olar, amma tam şəkildə ləğv etmək məqsədəuyğun deyil: "Mən düşünürəm ki, hər bir insan kommunal xərclərini ödəməlidir. Şəhid ailələri və qazilər buna görə müvafiq imtiyazlarla təmin olunublar. Hətta Qarabağ müharibəsi iştirakçıları dövlətdən kompensasiya alırlar. Müəyyən qədər güzəştə getmək olar, amma tam şəkildə ləğvi məqsədəuyğun deyil".

 

Mənbə: Sonxeber.az

Xəbərlər