"Müharibə veteranlarının təminatı ilə bağlı problemlər var"
KOMİTƏ İCLASLARI
17 Noyabr 2023, 18:15 | Baxış sayı:
202
"Əlillik təyinatı almayan, ancaq qazi olan vətəndaşlarımızın dərman və digər təminatlarında müəyyən problemlər qeydə alınır. YAŞAT Fondu bu istiqamətdə yardımlar etsə də, məsələ ümumilikdə həllini tapsa, yaxşı olar".
Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O həmçinin VÖEN-i olmasına baxmayaraq heç bir yerdə işləməyən şəxslərin sayının da kifayət qədər çox olduğunu bildirib: "Həmin şəxslərin ümumi sayı ilə bağlı yekun rəqəmlər səsləndirilməlidir. Eyni zamanda internat evlərindən çıxan qızların işlə təminatında ciddi addımlar atılmalıdır. Oğlanlar bir çox işdə çalışsalar da, ancaq qızlar çətinliklərlə üzləşir. Ona görə də məsələyə ciddi yanaşılmalıdır”.
report.az