KOMİTƏ İCLASLARI 21 Sentyabr 2022, 11:10 | Baxış sayı: 158
"Şəhid ailələri, qazilər və digər imtiyazlı qruplara aid olan onkoloji xəstələrin müalicəsində güzəştlər tətbiq edilsin"

“Bu gün onkoloji xəstəliklərə tutulanların sayında artım hiss olunu”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 20-də keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat təklif edib ki, şəhid ailələri, qazilər və digər imtiyazlı qruplara aid olan onkoloji xəstəliklərin müalicəsində güzəştlər tətbiq edilsin.

Komitə sədri Əhliman Əmiraslanov isə bildirib ki, bu sahə icbari tibbi sığorta ilə əhatə olunsa, hər kəs üçün müalicə pulsuz olacaq.

 

Mənbə: apa.az

Xəbərlər