Cəmiyyət 2 Dekabr 2021, 17:02 | Baxış sayı: 288
"Əsgər şəhid olsaydı, yazacaqdınız ki, kasıbın balası öldü? Bu kimi hadisələrə belə münasibət olmaz".

“Niyə Elçin Quliyevin özünün olduğu helikopter enəndə qəza etmir, bu qədər adamyeyən məmurun birinin  də burnu qanamır, niyə?”

Pravda.az-ın xəbərinə görə, bu sualı yazıçı Aysel Əlizadə ünvanlayıb.

“Demirəm e, Elçin bəy və ya qeyrisi ölsün, sadəcə, düşünürəm, Allaha sual edə-edə qalmışam...” – A.Əlizadə qeyd edib.

Deputat Fazil Mustafa isə yazıçıya bu mövqenin yanlış olduğunu bildirib: “İstənilən münasibət sual cümləsi ilə də, nida cümləsi ilə də ortaya qoyula bilər. Polkovnik, polkovnik-leytenant yüksək rütbəli şəxslər deyil? Əsgər şəhid olsaydı, yazacaqdınız ki, kasıbın balası öldü? Bu kimi hadisələrə belə münasibət olmaz. Rəy yazan bəzi savadsızlar məsələnin mahiyyətini anlamadan düşüncə qarışıqlığı yarada bilərlər. Ancaq bunu ziyalı kimi tanıdığımız siz etməməlisiniz. Qəza olub, helikopterə minəndə kimdənsə varlı-kasıblıq sertifikatı soruşulmayıb və iki yaralı da dayısı olduğuna görə sağ qalmayıblar. Bu insanlar Qarabağ səmasında da şəhid ola bilərdilər. Orada hansısa general da ola bilərdi. Onda həmin ölümə təsəlli tapılacaqdı? Lütfən, diqqətli olaq!”

Xəbərlər