Plenar iclaslar 14 Dekabr 2021, 13:27 | Baxış sayı: 214
Səfər Mehdiyev deputatları deyil, bəzi məmurları nəzərdə tutub”.

“Milli Məclis bütün dövlət qurumlarına hörmətlə yanaşır”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

Deputat bildirib ki, Dövlət Gömrük Komitəsi də bu sıradadır: “Ola bilsin ki, Səfər Mehdiyevin son müsahibəsində bəzi anlaşmazlıqlar var. Səfər müəllim bu məsələyə aydınlıq gətirməlidir. Hörmətli sədr, xahiş edirəm aydınlıq gətirilməzsə, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edəsiniz. Deputatlar anlayışı çox böyük anlayışdır”.

Sədr Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə bir neçə saytda Gömrük Komitəsi sədrinin müsahibəsi verilib: “Dünən Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirib ki, müsahibədə onun fikri tam ifadə olunmayıb. O, deputatları deyil, bəzi məmurları nəzərdə tutub”.

Xəbərlər