Cəmiyyət 16 Fevral 2022, 13:24 | Baxış sayı: 224
"Şeyxin Azərbaycanda hər zaman böyük hörməti olub və var".

“Milli Məclisdə dindarlarla bağlı qaldırılan məsələ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qətiyyən əleyhinə deyil, ona qətiyyən aidiyyatı yoxdur. Bunu müəyyən maraqlı qüvvələr edir. Şeyxin Azərbaycanda hər zaman böyük hörməti olub və var".

Bunu Pravda.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, Şeyxin Azərbaycanda xidmətləri danılmazdır: "Hətta həm Qafqaz Müsəlmanları İdarəsinə, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, ictimaiyyətə, eləcə də bizə dəstək verib. Hər kəs ölkəmizdə möhtərəm Prezidentimizin bütün sahələrdə, eləcə də dini etiqad azadlıqları sahəsində həyata keçirdiyi uğurlu  islahatları, yeni qurulan infrastruktur layihələrini dəstəkləməli və təqdir etməlidir. Hesab edirəm ki, məsələni uzatmağa ehtiyac yoxdur".

M.İbrahimqızı Milli Məclisdə səsləndirdiyi və birmənalı qarşılanmayan “Mənə 5 dəfə etimad göstərilib” fikrinə də aydınlıq gətirib: “Əlbəttə, mən Yeni Azərbaycan Partiyasını təmsil edirəm və sözsüz ki, bu, yeni bir şey deyil. Parlamentdə siyasi partiyaları təmsil edən bütün deputatlar, onsuz da, mənsub olduqları partiyanın etimadı ilə Milli Məclisdə təmsil olunurlar. Əgər partiyamız, onun rəhbərliyi və sədri, xalqımızın alternativsiz lideri YAP tərəfindən irəli sürülən namizədlərə etibar etməsə, onlar seçkidə necə iştirak edə bilərlər?! Eləcə də mən... Yəni, bu istənilən siyasi partiya üçün də belədir”.

Xəbərlər