İctimai Dinləmə 15 Dekabr 2022, 13:29 | Baxış sayı: 147
"Sertifikasiyadan keçməyənlər necə müəllim olub?"

“Bu gün fənnini bilməyən müəllimlər olduğunu dedik. Sertifikasiyadan keçməyən müəllimlər var. Problemə görə dövlət də məsuliyyət daşıyır. "Bunlar necə məzun olublar, işə necə qəbul ediliblər?" suallarına cavab verilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, problemin həlli üçün öncə təhsilin keyfiyyəti artırılmalıdır: “Yuxarı yaşda müəllimlər nəzərə alınmalıdır. Təkcə bilik yox, şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır. Kadr seçiminə həssaslıqla yanaşılmalıdır”.

Xəbərlər