"Seçkilər nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi”
“28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi. Seçkilər nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyəni dini və etnik kontekstdə bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı: “Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı. Əlbəttə, yaxşı gündə əsl dost, əsl qardaş ən azı onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkiləri yaxından izləyirdi və biz türk millətinin qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkilərin birinci turunda da, ikinci turunda da həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu. “Bir Millət, İki Dövlət” anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycan arasındakı münasibətləri “Bir Yumruq” zirvəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya əsl qardaş, etibarlı dost necə olmalıdır, onu bir daha sübut etdi”.