"Şarl de Qoll indi yaşasaydı, Makron Fransasının vətəndaşlığından imtina edərdi"
"Fransa Avropanın mərkəzində demokratik dəyərlərlə inkişaf yolu keçən ölkə kimi illərdir dünyada demokratiya, insan haqları və digər fundamental dəyərləri təbliğ etməklə məşğuldur. Əslində bu ölkənin mayasında müstəmləkə siyasəti və digər az inkişaf etmiş dövlətlər, xalqlar üzərində hökmranlıq, onların yeraltı və yerüstü sərvətlərinin sümrülməsi, əsasən də müsəlmanlara qarşı xüsusi bir antipatiya siyasətinə çevirməsini görürük".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, adətən belə demokratik dəyərlərdən danışan dövlətlər dünyada bütün bəşəri və mədəni dəyərlərə hörmət edir, öz konstirusiyasında bütün bu saydığımız dəyərlərin qorunmasının, təbliğ edilməsinin əsas tutur:
"Çox təəssüf ki, sözdə bir, əməldə başqa olan Fransa saydığımız faktların hər birinin əksidir. Bu gün Fransada islamfobiya hökm sürür. Belə ki, zaman-zaman televiziya proqramlarında islamla bağlı təhqirəramiz fikirlər, süjetlər yayımlanır, məqalələr yazılır, kadrlar çəkilir.
Biz görürük ki, dövlət və müvafiq orqanlar bununla bağlı heç bir konkret əmələ qulluq etmirlər. Bu da onu deməyə əsas verir ki, bu ölkə öz siyasətini bir növ dəstəkləyir. Müasir Fransa bu gün Afrikada, digər yerlərdə koloniyalar saxlayır. Cənab Prezident Fransanın bu işğalçı siyasətini bütün dünyaya bəyan etdi və indiyə qədər etdikləri bu cinayətlərə, genosidlərinə görə Fransanın üzr istəməli olduğunu bildirdi. Hələ ki, çox təəssüf ki Fransa işğalçı və terrorçu Ermənistanı dəstəkləməklə məşğuldur. Bu, əlbəttə ki, əsasən türk düşməçiliyidir. Azərbaycana, Türkiyəyə olan düşmənçilikdir. Fransa siyasətində "düşmənim düşməni mənim dostumdur" prinsipi ilə hərəkət edir və bu ölkə bəşəri dəyərlərin hər birini tapdalayır. Fransa bu gün həm dövlət, hökumət, parlament, həm də dünya səviyyəsində terrorçunu, digər ölkənin torpaqlarını zəbt edənləri dəstəkləyir.
Çox təəssüflər olsun ki, bugünkü müasir Fransa həmin o dəyərlərə zidd siyasət həyata keçirməkdədir. Şarl de Qoll indi yaşasaydı bugünkü Makron Fransasının vətəndaşlığından imtina edərdi. Çünki o dövrün Fransası ilə bugünkü Fransa siyasətinin arasında çox böyük fərqlər var. Bu siyasət əlbəttə ki, Fransaya baş ucalığı gətirmir".