"Ərzaq taxılının istehsalını artırmalıyıq, buna potensialımız var".
“Zəngəzur dəhlizinin açılması dünyaya çox təhlükəsiz logistika xəttinin təqdim edilməsinə şərait yaradacaq”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, ona görə də Qlobal Bakı Forumunun iştirakçıları bu dəhlizin açılmasına dəstək göstərməlidir: “İkinci məsələ ərzaq böhranı ilə bağlıdır. Beynəlxalq təşkilatlar iddia edir ki, guya bunun qarşını almaq üçün vəsait ayırıb. Amma həmişə olduğu kimi, onların bu addımları da kifayət etmir. Çünki onların dedikləri, sadəcə, sənədlərdə qalmağa davam edir. Beynəlxalq təşkilatlar çox ləngdir, bu problemi operativ surətdə həll edə bilmir. Bu isə bütün ölkələrə 2 formada təsir göstərəcək: qıtlıq və qiymətlərin artması. Bizim ərzaq taxılı alınmasında problemlərimiz var. İdxalın şaxələndirilməsi lazımdır. Çünki biz taxılı, əsasən, Rusiyadan alırıq. İkincisi, ölkədə ərzaq taxılının istehsalını artırmalıyıq, bizim buna potensialımız var”.