Siyasət 31 İyul 2023, 13:29 | Baxış sayı: 193
"Rubenlərin, araiklərin də qollarının qandallanması günə çox az qaldı"

“İrəvan son zamanlarda sülh prosesi istiqamətində danışıqlar prosesini pozmaq üçün ən müxtəlif təxribatlara əl atmaqdadır. Erməni tərəfi son dövrlərdə daha çox Laçın dövlət sərhəd keçid məntəqəsində hərbi təxribat törətməklə, sərhədçilərimizi atəşə tutmaqla, qaçaqmalçılığa cəhd etməklə, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməyə cəhd etməklə sülh prosesini pozub bölgədə gərginliyi davam etdirməyə çalışırlar. Lakin ermənilərin 2020-ci il 10 noyabr sülh bəyanatından sonra sülh prosesini pozan təxribatçı cəhdlərinin hər zaman olduğu kimi bu dəfə də ağır bədələni özləri ödəyib və sonra da belə olacaq”.

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.

O bildirib ki, İrəvanın sonuncu beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq növbəti təxribatçı “humanitar şou” cəhdi də əvvəkli uğursuzluqdlardan nəticə çıxarmayaraq sülhü pozub bölgədə toqquşma və gərginlik yaratmağa xidmət edir: “İrəvanın “humanitar şou”su ilk növbədə müstəqil dövlətin daxili işlərinə kobudcasına müdaxilədir. İkincisi, belə bir məsələ əvvəlcədən qarşı tərəflə razılşadırılmadan həyata keçirilib. Üçüncüsü, Azərbaycanın belə bir “yardıma” ehtiyacı yoxdur. Bu gün Azərbaycan dünyaya heç bir beynəlxqlq maliyyə institutunun və ölkələrin dəstəyi olmadan işğaldan azad edilmiş ərazilərini özü sürətlə bərpa edir. Lazım olarsa, Azərbaycan özü Ermənistana bundan dəfələrlə artıq yardım edə bilər. Necə ki, Azərbaycan bu gün dünyanın digər fəlakət və münaqişə bölgələrinə, xüsusən də Ukraynaya qarşı tərəfin razılığı ilə davamlı olaraq belə humanitar yardımlar edir. O baxımdan da Azərbaycan Qarabağdakı milli azlıq təşkil edən erməni əhalisinə istənilən həcmdə yardım etməyə hazırdır və  hazır olduğunu da bəyan edib. Qarabağda yaşayan erməni azlıq Ağdam-Xankəndi yolundan istifadə etməklə özlərinin istənilən ehtiyacını ödəyə bilər. Azərbaycanın dilənçi vəziyyətində olan Ermənistanın təxribata xidmət edən məqsədyönlü “yardımına” ehtiyacı yoxdur. Ermənistan belə bir “şou” təşkil etməklə sülh danışıqlarını pozub vaxt qazanmaq üçün manipulyasiya və spekulyasiya edir.

Ermənistan birdəfəlik anlamalıdır ki, bu cəhdlər mənasız və əbəsdir. Bakının məsələ ilə bağlı qəti mövqeyi ortadadır və Ermənistanın hansı dairələrə arxalanmasından asılı olmayaraq, onun istənilən təxribatının qarşısı ən sərt formada alınıb və bundan sonra da alınacaq. Bundan uduzan tərəf yenə də ermənilər özləri olacaq. Çünki sülh gündəliyini müəyyən edən Azərbaycan olduğundan, istənilən təxribatçı cəhdlərə adekvat vermək üçün də yetərli gücə maikdir. Bakının zamanında Qarabağda yaşayan azərbaycanlılara qarşı dəhşətli cinayət törədən Vaqif Xaçaturyanın saxlanması bunun bariz nümunəsidir. Ermənilər bundan ciddi nəticə çıxarmalıdır. Qarabağdakı terrorçu-quldur dəstəsi ya Azərbaycan Prezidentinin bir neçə ay bundan öncə Laçında verdiyi amnistiya bəyanatından faydalanmalıdırlar, ya da bu günlərdə Şuşa Qlobal Media Forumunda bəyan etdiyi kimi, azərbaycanlılar qarşı cinayət törədən canilər b nəinki Bakıda, hətta İrəvanda ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Vaqif Xaçaturyanın üzləşdiyi aqibəti vardanyanları, arutyunyanları, nersisyanları, babayanları və digər terrorçu-quldurları da gözləyir. Onların da qollarının qandallanıb ədalət məhkəməsində törətdikləri cinayətlərə görə cavab verməli günə az qalıb. Ümid etdikləri havadarları belə onları xilas edə bilməyəcək. Ermənilərin növbəti təxribatı yenə də puça çıxacaq və daha ağır şətrlərlə sülhə məcbur ediləcək”.

olke.az

Xəbərlər