"Bakıda insan ömrünün bir hissəsi tıxacda keçir"
KOMİTƏ İCLASLARI
17 Yanvar 2024, 15:35 | Baxış sayı:
225
Bakıda insan hər gün tıxacla qarşılaşır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov bildirib.
"10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu da çox böyük rəqəmdir", - deyə deputat qeyd edib.
report.az