KOMİTƏ İCLASLARI 28 Sentyabr 2023, 17:42 | Baxış sayı: 118
"Rəqabət Məcəlləsinin təkmilləşdirilməsində çox dərinə getmək lazım deyil"

Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi məsələsində çox dərinə getmək lazım deyil.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

"Sözügedən məcəllənin optimal surətdə qəbul edilməsi zəruridir. Bundan sonra da 16 il gözləməli deyilik. Amma məcəllədə təkmilləşdirmə işləri getməlidir", - deyə qeyd edib.

"Məcəlləyə əsasən şirkətin bazarda payı 50 % olduqda, bu hökmran mövqe hesab edilir. Bəzi fikirlər səsləndirilir ki, Avropa İttifaqında bu nisbət 40 %-dir. Amma nəzərə alaq ki, Avropada 500 milyon nəfərlik, bizdə isə 10 milyon nəfərlik bazar mövcuddur. Biz həmin hökmran mövqe meyarını 35 % saxlamalıyıq. Çünki həmin 35 % limiti əbəs yerə təyin edilməyib", - deyə deputat əlavə edib.

report.az

Xəbərlər