"Regionlarda ən böyük problem nə şəhid ailələri, nə qazi, nə də veteranlarla bağlıdır, problem işsizliklə bağlıdır"
“Regionlarda ən böyük problem nə şəhid ailələrin, nə qazi, nə də veteranlar ilə bağlı aparılan sosial siyasətdir. Problem işsizliklə bağlıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
““Burada yeganə çıxış yolu orada mikro, kiçik və orta sahibkarlığın inkişafıdır. Ya da sahibkarlıqla bağlı mövcud şəraiti də münbit etmək lazımdır. Təklif edirəm ki, infrastruktur xərcləri azaldılsın. 3 illik vergi güzəştləri tətbiq olunsun. Onlar rahat işlərin görsün, rahat fəaliyyət göstərsinlər. Söhbət istehsal və təkrar istehsaldan gedir. Digər məsələ vergilər ilə bağlıdır. Vergilər ilə bağlı hansı köməklik etmək olarsa, onları etmək lazımdır. Elə kəndlər var ki, orada yeni müəssisələrdə istehsal və ya təkrar istehsalı ilə bağlı müəyyən güzəştlər olunsun. Düşünürəm ki, bununla da regionlarda iqtisadi inkişafın tempi artacaq”, - deyə deputat bildirib.
Mənbə: apa.az