Siyasət 12 Aprel 2023, 14:37 | Baxış sayı: 186
“Quru sərhədlərin açılmamasının səbəbi təhlükəsizlik məsələsinə söykənir”

"Mütəmadi olaraq sosial şəbəkələrdə, eyni zamanda Gürcüstan kütləvi informasiya vasitələrində bu ilin mayın 1-də sərhədlərin açılmasıyla bağlı məlumatlara rast gəlirəm. Hətta, bir neçə dəfə bununla bağlı Gürcüstan mətbuatına da açıqlama vermişəm. Təbii ki, bunlar dəqiq mənbəyi olmayan məlumatlardır".

Bu fikirləri Demokrat az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.  

Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalmasının əsas səbəbi təhlükəsizlik məsələsi ilə bağlıdır:

"Bilirsiniz ki, mən Tovuz və Gədəbəy bölgəsini təmsil edirəm. Hesab edirəm ki, Gürcüstanla quru sərhədlərinin açılması həmin regionun inkişafına böyük təsir edəcək. Qeyd edim ki, sərhədlərin açılıb-açılmaması haqqında dəqiq bir məlumatım yoxdur. Eyni zamanda, bununla bağlı hər hansı qərar verilməyib. Quru sərhədlərin açılmamasının əsas səbəbi təhlükəsizlik məsələsinə söykənir. Burada təbii ki, koronavirusla bağlı məsələlərlə yanaşı, regionda son vaxtlar baş verən hadisələr, Ukrayna-Rusiya müharibəsi, İranla olan münasibətlər və s. bütün bu proseslər bağlıdır. Ancaq yaxın zamanlarda sərhədlərin açılıb-açılmamasıyla bağlı məndə dəqiq bir məlumat yoxdur”

Xəbərlər