Cəmiyyət 22 İyun 2022, 14:39 | Baxış sayı: 133
"Quru sərhədlər açılsa, xəstəxanalar dolub-daşsa, kim məsuliyyət daşıyacaq?"

“Koronavirus Çində yenidən dəhşətli formada yayılır, Şanxaya giriş-çıxış bağlanılıb. Orada qadağalar tətbiq edilməyə başlayıb. İsraildə də 7-ci dalğa başlayıb, 10 minlərlə insan koronavirusa yoluxur. İtaliyada, İspaniyada, Fransada həmçinin... Koronavirus məsələsi Rusiya-Ukrayna müharibəsinə görə gündəmdən düşmüşdü. Azərbaycan bu məsələdə ehtiyatlı davranır, quru sərhədlər də mərhələli şəkildə açılacaq...”

Pravda.az-ın xəbərinə görə, bunu deputat Rüfət Quliyev bildirib.

“Doğrudur, 5 min insan bir yerə toplaşsa da, risk yoxdur, çünki ölkədə xəstələnənlərin sayı minimuma enib. Bu da təbii ki, Operativ Qərargahın səyi nəticəsindədir. Onlar hər bir qərara görə məsuliyyət daşıyırlar. Təyyarə ilə ölkəyə 1500-2000 insan gələ bilər, amma quru sərhədlər açılarsa, bu rəqəm 40 min olacaq. Təhlükə yaranarsa, kim məsuliyyət daşıyacaq? Tutaq ki, sərhədlər açıldı, yoluxanların sayı 10 min oldu, xəstəxanalar çatışmadı, müxalifət də deyəcək, hakimiyyət yenə səhv etdi. İnsanlar əzrayılla çilingağac oynayanda, məsuliyyəti kim öz üzərinə götürəcək?” – R.Quliyev bildirib.

Xəbərlər