Plenar iclaslar, Qanun Layihələri 27 Dekabr 2021, 17:25 | Baxış sayı: 284
Qumar oynayanlar üçün cərimə 600 manatdan 5 min manata qaldırılır

Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılır.
APA xəbər verir ki, bu, bu gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.
Layihəyə əsasən, artıq qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərlər