Siyasət 2 Avqust 2023, 15:10 | Baxış sayı: 101
"Qırmızı Xaç Komitəsi ermənilərin təsiri altındadır"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşada "Euronews" televiviziyasına müsahibəsində vurğulayıb ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olması yolverilməzdir.

Azərbaycan Prezidenti qeyd edib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın da Bakıya tabe olması bizim legitim tələbimizdir.


Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev açıqlamasında bildirib ki, humanitar yardımlar üçün Laçın keçidi açıqdır: 

"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də boynuna alıb ki, humanitar yardım adı altında bəzi qanunsuz mallar daşınıb. Rəhbərliyi də bunu təsdiq edib".

O qeyd edib ki, BQXK  qaçaqmalçılıq hallarının sürücülərin əli ilə baş verdiyini iddia edir. Lakin hər bir halda bu kimi qanunsuzluqlara görə BQXK məsuliyyət daşıyır:

"BQXK-nin Qarabağda yerləşən ofisləri İrəvandakı ofisə tabedir. Bu, həmin təşkilatın ermənilərin təsiri altında olduğunu göstərir. Bu da bəzən problemlər yaradır.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, sərhədlər şərti də olsa məlumdursa, niyə BQKX-nin ofisi Bakıdan sonra Qarabağa yaxın digər bölgələrdə, məsələn, Bərdədə olmasın?! 

Əgər Azərbaycanda yaşayan hansısa etnik azlığa humanitar yardımlar edilirsə, buna vasitəçilik edən qurumun ofisi də Bakıya tabe olmalıdır, Ermənistana deyil.

Humanitar yardım adı altında şou tərtib olunursa, demək, məsələ siyasiləşdirilir. BQXK-nin ofisinin Bakıya tabe olması labüddür".

demokrat.az

Xəbərlər