Plenar iclaslar 13 İyun 2023, 14:02 | Baxış sayı: 149
"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir"

“Qərbi Azərbaycanda soyqırımına məruz qalan tarixi-mədəni irs bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsinin mədəni irsidir və o irsin dirçəldilməsi hər birimizin borcudur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

Deputat bildirib ki, bütün bunlar Qərbi Azərbaycan İcmasının bundan sonrakı fəaliyyətində mütləq nəzərə alınacaq: “24 dekabr 2022-ci il tarixdə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı möhtəşəm çıxışı zamanı verdiyi tapşırıq əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir və bu siyasi-ideoloji xəttin alternativi yoxdur. Bu, ilk növbədə tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş qaçqın soydaşlarımızın öz doğma ocaqlarına qayıdıb yaşamaq kimi təməl hüquqlarının təmin edilməsi məsələsidir.”

APA

Xəbərlər