Cəmiyyət 9 May 2022, 16:28 | Baxış sayı: 193
"Qələbə Günü qeyd edilərkən SSRİ rəmzlərindən istifadə edilməməlidir".

“Bakı məktəblərinin birində 9 May - Qələbə Gününün qeyd edilməsi sosial şəbəkələrdə müzakirə edilir, müxtəlif məlumatlar yayılır. Fikrimcə, məlumatın nə qədər düzgün olması dəqiq araşdırılmalı və buna uyğun addımlar atılmalıdır. Əgər belə bir hal, doğrudan da, baş veribsə, yolverilməzdir. Azərbaycan müstəqil dövlətdir və rəsmi rəmzləri var”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov qeyd edib ki, bayramlar qeyd edilərkən rəsmi dövlət rəmzlərindən istifadə olunmalıdır: “Bu məsələ onu göstərir ki, hər kəs, eləcə də təhsil işçiləri belə həssas mövzulara ciddi yanaşmalıdırlar. Biz müstəqil Azərbaycanda yaşayırıq. Əlbəttə, 9 May – Qələbə Günü tarixin bir parçasıdır. Amma bu o demək deyil ki, bayram qeyd edilərkən SSRİ rəmzlərindən istifadə edilməlidir. Həssas yanaşma sərgiləmək, diqqətli olmaq lazımdır”.

Qeyd: Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günündə tədbirində şagirdlərin yaxasına “Georgi lenti” taxılıb. Həmin lent Rusiya imperiyasının simvollarından biri hesab edilir.

Xəbərlər