Cəmiyyət 8 May 2023, 12:56 | Baxış sayı: 186
"Qazilər hərbi forma geyinirsə, ayaqda "krasovka" olmaz"

"Cəbhədə bizi önə çəkən MAXE-lər olub". Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov  "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşkilatçılığı ilə "Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və prespektivlər" mövzusuna həsr edilmiş tədbir zamanı söyləyib.

 

O, qeyd edib ki,  bir MAXE- yə xərclənən pul beş 18 yaşlı hərbiçiyə xərclənən pulla eyni effektdədir: "Buna görə də onların maaşının qaldırılmasını bir neçə dəfə təklif etmişəm. Digər məsələ qazilərin hərbi forma geyinməsilə bağlıdır. Bunu geyinirsənsə, ayaqda "krasovka" olmaz. Bunu qazilərlə görüşümdə də dəfələrlə vurğulamışam".

 

Deputat qazilərə dövlət tərəfindən verilmiş avtomobillərə sığorta və texniki baxışla bağlı yazılmış cərimələrin ləğvi təklifini də dəstəkləyib: "Söz verirəm ki, bu məsələni qaldıracam, işıqlandıracam".

Xəbərlər