Cəmiyyət 20 Sentyabr 2022, 12:55 | Baxış sayı: 216
"Qarabağın bərpasına yerli əhalinin cəlb olunması daha məqsədəuyğun variant idi"

Milli Məclisin deputatı Fazil Mustafa Qarabağın tikinti, bərpa-quruculuq işlərinə könüllülərin cəlb edilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Qarabağla bağlı məsələdə hər hansı təklif irəli sürmək indiki məqamda məqsəduyğun deyil.

 

“Bütün hallarda Qarabağın bərpasına yerli əhalinin cəlb olunması daha ağlabatan, məqsədəuyğun variant idi. Lakin bu barədə hansı işlərin görülməsi nəzərdə tutulursa, heç bir bilgimiz yoxdur. Təkliflərin nəzərə alınıb, hansısa müzakirə aparılmasında da deputatların rəyini, fikrini öyrənmək ənənəsi yoxdur. Ayrı-ayrı fondlar, inzibati idarəetmə formaları yaradılıb, quruluşlar formalaşıb. Bunlar qapalı mühitdə özləri müəyyən edirlər ki, nə iş görülməlidirlər. Ona görə də, təklif verməyimiz boşuna danışmaq kimi bir şeydir. Biz də kənardan müşahidə edirik. Ümid edək ki, yaxşı qərarlar qəbul olunacaq, səhvlər olmayacaq, sonradan bu səhvlərin düzəlməsinə də ehtiyac qalmayacaq”, - F.Mustafa bildirib.

Xəbərlər