Siyasət 14 Mart 2023, 13:59 | Baxış sayı: 155
"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları kimi indikindən xeyli üstün yaşayacaqlar"

"Azərbaycanda heç bir xalqın nümayəndəsinə münasibətdə diskriminasiya hallarına yol verilmir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. 

Deputat dövlətimiz öz ərazisində yaşayan ermənilərlə təmaslar qurmağa, onların reinteqrasiyasını şərtləndirməyə hər zaman hazır olduğunu qeyd edib:

"Biz hər zaman məsələlərin dinc yolla tənzimlənməsinin tərəfdarı olmuşuq. Bu, ermənilər üçün tarixi şansdır. Hesab edirəm ki, onlar yaratdığımız bu tarixi şansdan düzgün nəticə çıxartmalıdırlar. 

Qarabağda yaşayan ermənilər birdəfəlik anlamalıdırlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqa malik olacaqlar. İndiki durumdan da xeyli dərəcə üstün yaşayacaqlar. Əgər onlar yenidən separatizmə meyl edəcəksə, bunun acı nəticələrini bir daha dadacaqlar. 

Yaxşı olardı  ki, ermənilər reinteqrasiya təşəbbüslərimizə müsbət reaksiya versinlər".

Xəbərlər