Siyasət 21 Dekabr 2022, 12:58 | Baxış sayı: 124
“Qarabağdakı aksiya barədə əksini düşünənlərin hansı qruplara, kimlərə xidmət etdikləri bizə aydındır”

“Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekofəalların, gənclərin keçirdiyi aksiya Azərbaycan xalqının sifarişidir. Bu, xalqımızın, insanlarımızın istəyi, arzusudur. Çünki Qarabağda baş verən hadisələr bizə təhdiddir, suveren ərazilərimizdəki yeraltı və yerüstü sərvətlərimizin qanunsuz istismarıdır. Aksiya iştirakçıları da buna “yox” deyir, ədalətin bərpa olunmasına çalışır. Hər birimiz onların yanındayıq. Əksini düşünənlər isə kimlərinsə təsiri altında, kimlərinsə maraqlarına uyğun çıxış edirlər. Birdəfəlik anlamaq lazımdır ki, yollar Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları tərəfindən bağlanıb. Bu, konkretdir, birmənalıdır. Hər dəfə də təkrar edirik…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

 

Deputat xatırladıb ki, Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri əllərində bayraq öz suveren ərazilərinə keçmək istəyərkən silahlı rus sülhməramlıları onlara maneə olub: “Qarşılarına sədd çəkib, avtomobillər düzüb, yolu bağlayıblar. Heç bir humanitar böhrandan söhbət gedə bilməz. Bu, erməni dezinformasiyasıdır. Aksiya iştirakçıları qısa vaxt ərzində humanitar yardım maşınlarının, insanların keçməsini təmin edirlər. Bunun dinc aksiya olduğu səsləndirilən şüarlardan da görünür, insanlarımız ərazilərimizin erməni cinayətkarları tərəfindən istismarına etiraz edirlər. Əksini düşünənlərin özlərinin hansı qruplara, kimlərə xidmət etdikləri bizə aydındır…”

Xəbərlər