"Qarabağda yaşayan ermənilər artıq öz taleləri ilə barışıblar"
"Məlumdur ki, artıq Azərbaycan dövləti Ermənistan hökumətinin Qarabağdakı özbaşınalıqlarına qarşı cavab tədbiri olaraq Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıb. Bununla da, Azərbaycan və Ermənistan arasındakı sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Qarabağda yaşayan ermənilər artıq öz taleləri ilə barışıblar:
"Qarabağda hər şey Azərbaycan hökumətinin apardığı milli maraqlara tam uyğun şəkildə qurulub. Bugünkü mənzərənin arxasında gərgin və düşünülmüş əmək var. Bunu Azərbaycan xalqı və dövlətinin birliyi bacardı. Bütün dünyanın da qəbul etdiyi bu reallıq Azərbaycana yeni perspektiv imkanlar yaradacaq. Ölkəmizin regionla bağlı siyasəti Qarabağdakı ermənilərin Ermənistan hakimiyyətinin tabeliyində olduqları vaxtdan qat-qat yaxşı olacaq".