Plenar iclaslar 17 Fevral 2023, 15:12 | Baxış sayı: 168
"Qanunlar medianın "MTN generalları" kimi şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır"

“MTN generallarından birinin milyonlarla əmlakı qaytarıldı. Qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, digər tərəfdən, müstəqil media öz reytinqinin ölçülməsində maraqlı olmaya bilər: “Bu hala görə cərimə müəyyənləşdirilməsi düzgün deyil. Bu halın büdcədən maliyyələşdirilən audiovizual media orqanlarına şamil edilməsi yaxşı olardı”.

Hər hansı cərimənin ağırlaşdırılmadığını söyləyən Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, media orqanlarının məhsulunun yayılmasına məqsədyönlü şəkildə mane olmağa görə cərimələr müəyyənləşdirilir: “Jurnalist fəaliyyətinə mane olmağa görə də cərimə müəyyənləşir. Nəyə görə buna qarşı çıxılmalıdır? O cümlədən mediaya vergilərlə bağlı güzəştlər edilir. Bütün bunlar ancaq təqdir olunmalıdır”.

Xəbərlər