“Qadınlara qarşı zorakılıq ancaq kampaniyalarda yada düşür”
Ümumi
7 Dekabr 2022, 18:36 | Baxış sayı:
191
Qadınalara qarşı zorakılıq mövzusu ilin hər günü müzakirə olunmalıdır.
16 günlük gender əsaslı zorakılığa qarşı keçirilən beynəlxalq kampaniya ilə əlaqədar “Meclis.info” ya açıqlama verərkən Milli Məclisin deputatı Məlahət İbrahimqızı belə deyib. Onun sözlərinə görə, qadınlara qarşı şiddət mövzusu ancaq kampaniyadan-kampaniyaya yada salınmamalıdır.
Məlahət İbrahimqızı qeyd edib ki, zorakılıq hallarının qarşısının alınması üçün ən azından kurrikuluma cinsi təhsil dərsləri salınmalıdır: “50-60 yaşında kişiyə nə deyəsən ki, qadına qarşı zorakılıq şiddət olmaz. Bu, uşaqlıqdan formalaşmalıdır. Qızlar öz hüquqlarını bilməli, oğlanlara isə izah olunmalıdır ki, qadına qarşı şiddət insanlığa qarşı cinayətdir”.
Meclis.info