İqtisadiyyat 13 Fevral 2023, 15:32 | Baxış sayı: 159
“Prezidentin qayğısı yüksək qiymətləndirilir”

“Prezidentin qayğısı yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, “Əmək pensiyaçılarının indeksləşdirilməsi haqqında” 2023 - cü il 10 fevral tarixli sərəncamı 1,1 milyon insana şamil ediləcək və yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılacaqdır. Bu pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, rifahlarının təminatı üçün əhəmiyyətlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

 

T.Rzayev qeyd edib ki, yeni sərəncamla bütün növ pensiyaların indeksləşdirərək 14,7 faiz artırılması dövlət tərəfindən həyata keçirilən sosial siyasətin və pensiyaçılara göstərilən qayğı - diqqətin ifadəsi kimi dəyərləndirilməlidir: “Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik olaraq həyata keçiriləcəkdir ki, bu da insanların bir növ rahatlığına xidmət edir. Hər il pensiyaların, müavinlərin, əmək haqlarının artırılması əlbəttə ki, ölkəmizin artan iqtisadi qüdrətindən və dövlətin öz vətəndaşlarına qayğısından xəbər verir. İnsanlar dövlət rəhbərimizin bu sərəncamını da yüksək qiymətləndirir və müsbət rəylərini ifadə edirlər”.

Xəbərlər