Siyasət 8 Dekabr 2023, 13:52 | Baxış sayı: 65
“Prezident İlham Əliyevin bu təşəbbüsü regionun və regionda kommunikasiyanın inkişafına misilsiz töhfə verəcək”

“Daha bir tarixi hadisəyə şahidlik edirik. Nəhayət ki, əsrlər sonra Cənubi Qafqazda sülh və sabitlik üçün əməli addımlar atıldı. Bu, tarixdə ilk dəfə baş verdi. Belə ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin vasitəçiliyi olmadan bir-birinə qarşı xoş niyyətlərini etdilər. Deyərdim ki, bu gün Azərbaycan Prezidenti Adminstrasiyası və Ermənistan Baş naziri Aparatının birgə yaydıqları bəyanat region ölkələrinin tarixində elə bir dönüş nöqtəsi yaradacaq ki, bundan sonrakı bütün nəsillər bu günün əhəmiyyətini daim anacaq”

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

“Hər iki tərəfin qarşılıqlı olaraq hərbçilərinin dəyişirilməsi ilkin xoş addım kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan bundan sonra ən qısa zamanda qarşılıqlı etimad tədbirlərini davam etdirəcək. Düşünürəm ki, bu bəyanatın ən mühüm tərəfi tərəflərin öz aralarında razılıq əldə etmələridir. Cənab Prezidentin post-müharibə dövründə daima səsləndirdiyi fikir bu idi ki, biz əldə ediləcək sülhə vasitəçi olmaq istəyən hər bir ölkənin iştirakını qəbul edirik, amma Azərbaycan və Ermənistan qarşılıqlı olaraq sərbəst şəkildə razılıq əldə edə bilər. Bu bəyanat sülhün ilkin carçısı, cənab Prezident İlham Əliyevin diplomatiyasının növbəti qalibiyyətidir. Cənab Prezidentin bu təşəbbüsü regionun və regionda kommunikasiyanın inkişafına misilsiz töhfə verəcək”.

pravda.az

Xəbərlər