Qanun Layihələri 8 Aprel 2022, 16:10 | Baxış sayı: 188
Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.


Meclis.info xəbər verir ki, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilib.

Digər dəyişikliyə əsasən, ətraf mühitə və ya insanların sağlamlığına təhlükə törədən qaz qurğularının və qazla bağlı qərarların yerinə yetirilməməsiylə bağlı inzibati xətaya görə isə cərimələrin məbləği artırılıb.

Dəyişikliyə əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Xəbərlər