Cəmiyyət 7 İyun 2022, 14:43 | Baxış sayı: 111
"Polisə şər atmaq özü allahsızlıqdır".

“Bu, o qədər iyrənc böhtandır ki, kimin yanında desən, heç vaxt inanmaz. Azərbaycan xalqı olaraq həmişə öz dinimizə, Allahımıza sadiq olmuşuq, sitayiş etmişik. Bu gün də dinimizi, milli-mənəvi dəyərlərimizi qoruyuruq, Allahı müqəddəs sayırıq. Polisə belə şər atmaq özü Allahsızlıqdır. Onun özü Allahsızdır. Belə şər olmaz. Taleh Bağırzadə desə ki, hansısa polis idarəsində müəyyən qədər kimsə incidilib, kiməsə qarşı kobudluq olub, bu cür şər-böhtan hardasa başa düşülər. Amma polis işçilərinin Allahı təhqir etməsi, Allahın əleyhinə getməsi ən böyük uydurmadır. Ən böyük həyasızlıqdır. Xeyli yaşım var, hələ indiyə qədər bir azərbaycanlının dilindən Allahın təhqir olunmasını eşitməmişəm. Düzdür, deyiblər ki, filankəs Allahsızdır, Allaha ox atır, Allahsız işlər görür… Amma təhqir etmək… Bu, Azərbaycan xalqına yaraşan iş deyil. Bunu bir din xadimi dilə gətirirsə, eybəcərlikdir, başqa söz tapa bilmirəm”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin polis idarələrində saxlanılan şəxslərlə rəftar zamanı Allahın təhqir olunmasını iddia edərək aclıq aksiyasına başlaması barədə danışarkən deyib.

Deputat qeyd edib ki, Taleh Bağırzadə kimi radikal, hay-küyə inanan insanlar var: “Özü dediyinə inanırsa, deməli, onun kimi 3-5 nəfər buna inanan adam tapılar. Hörmətli Prezidentimiz məscidlərə gedir, dini abidələri bərpa etdirir, Qurana and içir, “Allah bizə yar oldu” deyir. İnsanlar, keçmiş məcburi köçkünlər azad olunmuş yurdlarına gedəndə torpağı qucaqlayıb “Allah, sənə qurban olaq, bu günü bizə qismət etdin” deyirlər. Yenə ən azından filan polis nəfəri Allaha zidd çıxdı, haqqını dandı desəydi… Polisin Allahı təhqir etməsinə inanmıram, bunu siyasi həyasızlıq adlandırıram. Bu adamların çoxu xarici avantüranın nümayəndələridirlər. Bunlar xarici ölkələrə xidmət edən adamlardırlar. İndi də, görəsən, hansısa Allahsızın sözü ilə belə söz uydurub danışırlar... Aclıq aksiyasını başqa şey üçün keçirə bilərsən. Sən vaxtı ilə aclıq edərdin ki, ermənilər mənim torpağımı alıb, 30 ildir bu torpaqda Allahsız işlər görüblər. Bu qədər soydaşımızı qırdılar, faciələr törətdilər. Onlar üçün aclıq elan edin, beynəlxalq aləmə göstərin ki, erməni bu qədər Allahsızlıq edir…”

Paylaşın

Xəbərlər