Cəmiyyət, Plenar iclaslar 29 Oktyabr 2021, 16:50 | Baxış sayı: 217
“Peyvəndlənmədən imtina etmiş şəxslərin öz hesabına müalicə alması məsələsi də müzakirə edilir”.

“Vaksinasiya problemi, koronavirusa qarşı vaksinasiyadan imtina etmə problemi ötən gün parlamentdə keçirilən dinləmədə çox geniş müzakirə edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə. Əmiraslanov bildirib ki, peyvəndləmə yaşının azaldılması ilə bağlı məsələyə baxılır: “Peyvəndlənmədən imtina etmiş şəxslərin öz hesabına müalicə alması məsələsi də müzakirə edilir”.

Qüdrət Həsənquliyev isə peyvəndlənmə yaşının aşağı salınmasının vacib olduğunu deyir.

Deputat bildirib ki, bu gün yoluxma artmaqda davam edir: “İnsanlar peyvəndlənməyə təşviq edilməlidir”.

Xəbərlər